Ev satmaq adı ilə 85 min manatını aldılar

Ev satmaq adı ilə 85 min manatını aldılar

11 May 2018 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami rayonunda ev almaq istəyən şəxs 85 min manat ziyana düşüb.

Vuqar İbrahimov adlı şəxs Nizami RPİ-nə şikayət edərək bildirib ki, ev alqı-satqısı ilə məşğul olan Ramin adlı şəxs ona ev almaq adı ilə 85 min manat ziyan vurub. Belə ki, pulu aldıqdan sonra evi onun adına sənədləşdirməyib, həmçinin pulunu da qaytarmayıb.

Faktla bağlı istintaq şöbəsində araşdırmalara başlanılıb.

Əgər zərərçəkənin dedikləri sübuta yetirilsə, Ramin adlı şəxsə cinayət məcəlləsinin 178.3.2-ci ( küllü miqdarda dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanacaq.(olke.az)