Beyləqanda hərbi xidmətdən yeni qayıtmış gənc yoxa çıxdı

Beyləqanda hərbi xidmətdən yeni qayıtmış gənc yoxa çıxdı

10 Dekabr 2011 19:18
Bəyəndim (0) Bəyənmədim (0)

Beyləqanda hərbi xidmətdən yeni qayıtmış gənc oğlan dörd gündür yoxa çıxıb. Bu barədə APA-ya itkin düşmüşün qohumları məlumat veriblər. Beyləqan rayon sakini Elçin Cəbrayılov bildirib ki, əmisi oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Mahir Rəsul oğlu dekabrın 6-da işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onu sonuncu dəfə görənlər bildiriblər ki, Mahir Cəbrayılov həmin gün axşam saatlarına qədər iş yerində olub, sonradan isə evə getmək adı ilə fəhlə işlədiyi müəssisəni tərk edib. Həmin vaxtdan onu görən olmayıb. Qohumları Mahirin yaxınlıqdan keçən su kanalına düşməsi ehtimalı ilə bağlı kanal boyu axtarışlar aparırlar və bu barədə Beyləqan Rayon Polis Şöbəsinə də müraciət ediblər. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Mahir Cəbrayılov Dövlət Sərhəd Xidmətinin tikilisində fəhlə işləyib.

O.M.