MTN əməkdaşları həbsxanadan qaçmış məhbusu yaxaladılar

MTN əməkdaşları həbsxanadan qaçmış məhbusu yaxaladılar

10 Dekabr 2011 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyin (MTN) İctimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə, dekabrın 8-də saat 21 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonu ərazisində yerləşən 2 saylı MTCM-də məhkumlarla əlaqədar baş vermiş insident və həmin məhkumlardan birinin - Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlunun oradan qaçması barədə MTN-ə məlumat daxil olub. Faktla bağlı MTN-in müvafiq əməliyyat strukturlarına tapşırıqlar verilib və Faiq Fərəcovun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Dekabrın 9-da axşam saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən "Asfar" qapalı futbol kompleksinin ərazisində MTN-in əməliyyat qrupu tərəfindən Faiq Fərəcov yaxalanıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilib.

O.M.