Azərbaycanda 09 dekabrın kriminal xronikası

Azərbaycanda 09 dekabrın kriminal xronikası

10 Dekabr 2011 12:13
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 66 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınmış, onların da 38-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 37 nəfər tutulmuşdur.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

09.12.2011

Dekabrın 9-da Sumqayıt şəhər sakinləri Elnur Paşayev, Əziz Məmmədov, Şabran şəhər sakinləri Ramin Məhərrəmov və arvadı Vəfa Məmmədzadə öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Arvadı Vüsaləyə bıçaqla çoxsaylı xəsarətlər yetirmiş Şəmkir rayon sakini Rövşən Quliyev könüllü olaraq polis şöbəsinə gəlmişdir

09.12.2011

Dekabrın 9-da Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində, rayon sakini Rövşən Quliyev qısqanclıq zəminində arvadı Vüsaləyə bıçaqla çoxsaylı xəsarətlər yetirmişdir. R.Quliyev könüllü olaraq Şəmkir RPŞ-nə gəlmişdir.

Daşkəsən rayon sakini Qalib Namazova bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini Sahib Nəsibov tutulmuşdur

09.12.2011

Dekabrın 9-da Gəncə şəhəri ərazisində, şəhər sakini Sahib Nəsibov münaqişə zəminində Daşkəsən rayon sakini Qalib Namazova bıçaqla xəsarət yetirmişdir. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsibov tutulmuşdur.

Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

09.12.2011

Dekabrın 9-da Şəki şəhəri ərazisində, şəhər sakini Sadiq Musayevin idarə etdiyi "Ford-Tranzit" markalı və rayon sakini Qərib Novruzovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Q.Novruzovun sərnişini - bacısı Firuzə Novruzova hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Yeni Suraxanı Dəmir Yolu Stansiyasının ərazisindən kişi meyiti tapılmışdır

09.12.2011

Dekabrın 9-da Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Yeni Suraxanı Dəmir Yolu Stansiyasının ərazisində üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılmışdır.

Avtomaşından 1 ədəd mobil telefon oğurlamış Bakı şəhər sakini Emin İmanovdan narkotik vasitə götürülmüşdür

09.12.2011

Baş Mühafizə İdarəsi və Yasamal RPİ 29-cu PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da Kamran Babayevə məxsus "Hyundai" markalı avtomaşından 1 ədəd mobil telefon oğurlamış şəhər sakini Emin İmanov tutulmuş və ondan 0,383 qram heroin götürülmüşdür.

Xuliqanlıq etmiş Bakı şəhər sakini Gündüz Əzimov tutulmuşdur

09.12.2011

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də Seymur Quliyevə qarşı xuliqanlıq etmiş Bakı şəhər sakini Gündüz Əzimov tutulmuşdur.

Mobil telefon oğurlamış Tərlan Suanverdiyev tutulmuşdur

09.12.2011

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də F.Cəbiyevin 53 manat pulunu və 1 ədəd mobil telefonunu oğurlamış Tərlan Suanverdiyev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramilə Məmmədzadə tutulmuşdur

09.12.2011

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də Nəsimi rayonu ərazisindəki barların birində şəhər sakini Anar İsmayılovun 100 dollar və 400 manat pul oğurlanmış şəhər sakini Ramilə Məmmədzadə tutulmuşdur.

Xuliqanlıq etmiş Baskı şəhər sakini Elxan Bədəlov tutulmuşdur

09.12.2011

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də Salman Səmədova qarşı xuliqanlıq etmiş şəhər sakini Elxan Bədəlov tutulmuşdur.

Bakı şəhər sakini Əfsun Hüseynov 4,8 kq ağ civə satarkən tutulmuşdur

09.12.2011

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Əfsun Hüseynov 4 kiloqram 800 qram ağ civəni satarkən tutulmuşdur.

Oğurluq etdiyinə görə tutulmuş Sənan Nuriyevin digər cinayət əməlləri müəyyən edilmişdir

09.12.2011

Oğurluq etdiyinə görə dekabrın 8-də Ağcabədi RPŞ əməkdaşları tərəfindən tutulmuş Sənan Nuriyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun dekabrın 8-nədək Ağcabədi rayon sakinləri Elvira Yusifovanın evindən 200 manat pul, Fəxrəndə Abdullayevanın evindən 1100 dollar pul, 1 ədəd mobil telefon, geyim və qızıl əşyaları, habelə cari ilin iyul ayında isə Məhəbbət Cəfərovanın evindən ev əşyaları oğurlaması da müəyyən edilmişdir.

Mağazadan oğurluq etmiş Şəmkir rayon sakini Turab Həsənov tutulmuşdur

09.12.2011

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da rayon ərazisində Gəncə şəhər sakini Sahib Verdiyevə məxsus mağazadan 1979 manat pul və tütün məmulatı oğurlamış rayon sakini Turab Həsənov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun rayon sakinləri Samir Hüseynov və Anar Cavadova məxsus mağazalardan da oğurluq etməsi müəyyən edilmişdir.

Abşeron rayonunun Hökməli qəsəbə sakini Fərqanə Tağıyeva kimyəvi məhluldan zəhərlənmişdir

09.12.2011

Dekabrın 9-da Abşeron rayonunun Hökməli qəsəbə sakini Fərqanə Tağıyeva evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Həyat bir məktəbdir. Başqasının səhvində öyrənən həyatın hər bir sualına hazır olur...

Sərvər Aslanov

O.M.