
Şəkidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verdi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bir nəfərin ölümü, digərinin isə ağır yaralanması ilə nəticələnən yol qəzası bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 44-cü kilometrliyində Şəki rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayon sakini Novruzlu Qərib Alış oğlunun idarə etdiyi VAZ-2107 markalı, 99-BD-293 dövlət nişan nömrəli avtomobillə Şəki rayonunun Biləcik kənd sakini Musayev Sadıq Musaəli oğlunun idarə etdiyi "Ford" markalı, 55-BH-691 dövlət nişan nömrəli sərnişin mikroavtobusu toqquşub. Baş vermiş yol qəzası nəticəsində VAZ-2107 markalı avtomobildə olan sərnişin, Qərib Novruzlunun bacısı Novruzova Füruzə Alış qızı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib. Q.Novruzlu isə aldığı ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. "Ford" markalı mikroavtobusda olan sərnişinlərdən isə xəsarət alan olmayıb. Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq bölməsində araşdırma aparılır.
O.M.