Moskvada Rusiya Daxili İşlər Nazirliyinin zabiti özünü güllələdi

Moskvada Rusiya Daxili İşlər Nazirliyinin zabiti özünü güllələdi

9 Dekabr 2011 22:38
Bəyəndim (0) Bəyənmədim (0)
Sevdiyi qız onunla evlənmək istəmədikdə, polis kapitanı öz başına atəş açdı

Rusiya Federasiyası Daxili işlər Nazirliyinin Moskva şəhəri "Koptevo" rayonu üzrə sahə müvəkkili paytaxtın şimalında yaşayış binasının həyətində özünü güllələdi. 31 yaşlı kapitan Aleksey Fomin sevgilisindən rədd cavabı aldıqdan sonra intihar planını həyata keçirdi.

Rusiya mətbuatının məlumatına görə, o, bir müddət əvvəl küsdüyü sevgilisinin qəlbini qazanmaq üçün bu gün axşam saatlarında qızın yaşadığı məhəlləyə gəlmişdi. İdarə etdiyi Vaz-2112 markalı maşını Onejsk küçəsindəki həyətdə saxlayan zabit sevgilisi S.Anastasiyanı yanına çağırdı. 22 yaşlı vizajist qız maşına oturdu. Lakin oğlanın ona uzatdığı nişan üzüyünü və evlənmə təklifini rədd edərək maşından düşdü. Bir neçə addım atmışdı ki, atəş səsi eşidib, geri qayıtdı. Hadisəni bayaqdan bəri mənzilinin eyvanından izləyən qızın anası dərhal həyətə düşdü. Təcili yardım çağırdılar. Hadisə yerinə gələn tibb işçiləri yaralını xəstəxanaya aparmaq istəsələr də, o başından aldığı ağır güllə yarasında yolda dünyasını dəyişdi.

Polisə ifadə verən S.Anastasiya hadisəni göz yaşları içində xatırlayaraq dedi:

- Mən üzüyü dala qaytardım. Onda o, mənə vida məktubları ilə dolu olan qutunu uzatdı. Mən heç birini oxumadan maşından düşdüm. Bir də eşitdim ki, Aleksey tabel silahı ilə başına atəş açıb. Təcili yardım gələnə qədər anam tibb işçisi kimi ona kömək etməyə çalışdı. Mən Alekseylə çoxdan görüşürdüm, münasibətlərimiz keçib getmişdi, mən ona qayıtmaq istəmədim.

Sevgi insana xidmət eləməlidir, insan sevgiyə yox. Bir duyğu ki insanı xoşbəxt etmək əvəzinə dərdləndirir, onun adı sevgi yox, işgəncədir...

Sərvər Aslanov

O.M.