Fitnes-klubda idmançının pulunu apardılar

Fitnes-klubda idmançının pulunu apardılar

7 May 2018 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 30-da yerləşən fitnes-klubda oğurluq hadisəsi qeydə alınıb.

"Ölkə.Az"ın xəbərinə görə, fitnes-kluba məşqə gələn Əşrəf İsmayılovun cibindən 500 manat pul oğurlanıb. Belə ki, məşqdən sonra yuyunma otağında olan zaman naməlum şəxs İsmayılovun ciblərini eşələyərək pulları aparıb. İdmançı oğurluqdan xəbər tutanda artıq gec olub.

Faktla bağlı Nərimanov RPİ-si tərəfindən axtarışlara başlanılıb, müşahidə kameralarına baxış keçirilib.