Təsadüfi tanışlıq ölümlə nəticələndi

Təsadüfi tanışlıq ölümlə nəticələndi

19 Aprel 2011 21:15
Bəyəndim (0) Bəyənmədim (0)
Məhkəmə istintaqı davam edir

Öl­dü­rü­lən gən­cin ana­sı məh­kə­mə­də is­tin­taq or­qa­nı­nı sax­ta­kar­lıq­da, şa­hid­lə­ri isə qətldə it­ti­ham edib

Ötən ilin sentyab­rın 8-də Nə­ri­ma­nov ra­yo­nu­nun İ.Abı­şov kü­çə­sin­də yer­lə­şən "Av­ro­ra" MMC-nin ofi­si­nin ya­xın­lı­ğın­da qətl ha­di­sə­si baş ve­rib. Ba­kı şə­hər sa­ki­ni El­man Ta­ğı­yev sər­xoş və­ziy­yət­də "Av­ro­ra" MMC-nin əmək­da­şı, 30 yaş­lı Na­zim Meh­di­ye­vi ara­la­rın­da baş ver­miş şəx­si mü­na­qi­şə zə­mi­nin­də dö­yüb. Na­zim Meh­di­yev ağır və­ziy­yət­də xəs­tə­xa­na­ya yer­ləş­di­ril­sə də, onun hə­ya­tı­nı xi­las et­mək müm­kün ol­ma­yıb.

"Ha­di­sə na­mus üs­tün­də baş ve­rib"

Sö­zü­ge­dən ci­na­yət işi üz­rə məh­kə­mə is­tin­ta­qı Ba­kı Ağır Ci­na­yət­lər Məh­kə­mə­sin­də ke­çi­ri­lir. Məh­kə­mə­də ifa­də ve­rən El­man Ta­ğı­yev ona elan olun­muş it­ti­ham­la özü­nü təq­sir­li bil­mə­yib. O, ifa­də­sin­də gös­tə­rib ki, Na­zim Meh­di­ye­vi na­mus üs­tün­də qət­lə ye­ti­rib. Na­zim Meh­di­ye­vin bal­dı­zı­na sa­taş­dı­ğı­nı id­dia edən təq­sir­lən­di­ri­lən so­nun­cu­nun hə­rə­kət­lə­ri­nə son qoy­maq üçün onun­la gö­rü­şüb.

"Onu öl­dür­mək niy­yə­tin­də ol­ma­mı­şam"

Onun söz­lə­ri­nə gö­rə, gö­rüş­lə­ri heç də ürə­ka­çan ol­ma­yıb. Təq­sir­lən­di­ri­lən şəxs mər­hu­mun sərt ca­vab­la­rı ilə rastlaş­dı­ğı­nı vur­ğu­la­yıb: "Na­zim Meh­di­yev açıq-aş­kar şə­kil­də "qız­la gə­zə­cə­yi­ni" de­di. Onun bu ca­va­bı əsəb­lə­ri­mi ta­rı­ma çək­di. Özü­mü sax­la­ya bil­mə­yib onu vur­dum. Bir yum­ruq zər­bə­sin­dən son­ra Na­zim ye­rə yı­xıl­dı. Onu öl­dür­mək niy­yə­tin­də ol­ma­mı­şam".

"Ba­cım­la ya­na­şı ana­mı da bez­dir­miş­di"

Şa­hid qis­min­də din­di­ri­lən Ai­də Əli­ye­va ifa­də­sin­də təq­sir­lən­di­ri­lən şəx­sin hə­yat yol­da­şı ol­du­ğu­nu gös­tə­rib. Ai­də Əli­ye­va­nın söz­lə­ri­nə gö­rə, mər­hum onun ba­cı­sı­na tez-tez zəng vu­rur­muş: "Na­zim ba­cım­la ya­na­şı ana­mı da bez­dir­miş­di. Ona gö­rə də bu ba­rə­də əri­mə da­nış­dım. Ərim də bu mə­sə­lə­nin həll edil­mə­si üçün Na­zim Meh­di­yev­lə gö­rü­şə­cə­yi­ni bil­dir­di. Ba­cım Na­zim Meh­di­yev­lə ta­nış­lıq say­tın­da ta­nış olub. Ta­nış olan za­man­da öz mo­bil te­le­fon və ev te­le­fo­nu­nun nöm­rə­si­ni ona ve­rib. Bun­dan son­ra on­lar bir ne­çə də­fə gö­rü­şüb­lər. O, Na­zi­min qey­ri-cid­di adam ol­du­ğu­nu gör­dük­dən son­ra onun­la gö­rü­şə son qo­yub. La­kin Na­zim ba­cım­dan əl çək­mə­yib".

"O, ba­cı­ma hə­də-qor­xu gə­lə­rək onu rüs­vay edə­cə­yi­ni de­yir­di"

Ai­də Əli­ye­va bil­di­rib ki, Na­zim Meh­di­yev ba­cı­sı­na və ana­sı­na hə­də-qor­xu­lar gə­lib. Şa­hid mər­hu­mun hə­də-qor­xu­la­rı­nın nə­dən iba­rət ol­du­ğu­nu da açıq­la­yıb. Onun söz­lə­ri­nə gö­rə, Na­zim Meh­di­yev ba­cı­sın­dan kül­lü miq­dar­da pul tə­ləb edib: "Əks hal­da ba­cı­mı biabır edə­cə­yi ilə hə­də­lə­yir­di. Ba­cı­mın hə­kim iş­lə­di­yi xəs­tə­xa­na­da da onun haq­qın­da rüs­va­ye­di­ci faktlar səs­lən­di­rə­cə­yi­ni de­yir­di. Onun bu hə­rə­kət­lə­ri­nə son qoy­ma­sı­nı ərim­dən xa­hiş et­dim. Ərim də mə­sə­lə­ni həll edə­cə­yi­ni bil­dir­di. La­kin işin bu ye­rə ça­ta­ca­ğı­nı bil­mir­dim".

"Yez­nəm ci­na­yət tö­rə­dən­dən son­ra ha­di­sə­dən xə­bər tut­mu­şam"

Şa­hid qis­min­də təq­sir­lən­di­ri­lən şəx­sin qa­yı­na­ta­sı Ka­mil Əli­yev ifa­də ve­rib. Ha­di­sə­lər­dən xə­bər­siz ol­du­ğu­nu de­yən Ka­mil Əli­yev ifa­də­sin­də gös­tə­rib ki, qı­zı­na Na­zim Meh­di­yev ad­lı bi­ri­si­nin el­çi düş­dü­yü­nü bi­lib: "Mə­nə de­di­lər ki, Na­zim ad­lı bi­ri sə­nin­lə gö­rüş­mək is­tə­yir və qı­zı­mızı is­tə­yə­cək. Mən də bil­dir­dim ki, o, gənc oğ­lan­la işim ol­maz, va­li­deynlə­ri gə­lər da­nı­şa­rıq. Am­ma de­di­lər ki, gən­cin özü əmi­si oğ­lu ilə bir­lik­də gə­lə­cək­lər. Mə­nim bil­di­yim bu qə­dər­dir. Ha­di­sə­lə­rin son­ra­sın­dan isə xə­bə­rim ol­ma­yıb. Kürəkənim ci­na­yət tö­rə­dən­dən son­ra ha­di­sə­dən xə­bər tut­mu­şam".

"Təq­sir­lən­di­ri­lən şəxs oğ­lu­mu tək öl­dür­mə­yib"

Mər­hu­mun ana­sı məh­kə­mə­yə ver­di­yi ifa­də­sin­də bir sı­ra it­ti­ham­lar səs­lən­di­rib. Evi­nin ye­ga­nə çörək­pu­lu qa­za­na­nı ol­du­ğu­nu açıq­la­yan mər­hu­mun ana­sı bil­di­rib ki, oğ­lu­nu təq­sir­lən­di­ri­lən şəxs tək öl­dür­mə­yib. İl­yas Əli­yev ad­lı bi­rinin də ci­na­yət­də iş­ti­rak et­di­yi­ni qeyd edən ana­nın söz­lə­ri­nə gö­rə, is­tin­taq or­qa­nı hə­min şəx­si təq­sir­lən­di­ri­lən şəxs qis­min­də yox, şa­hid qis­min­də işə cəlb edib.

Mər­hu­mun ana­sı məh­kə­mə­də ifa­də ve­rən şa­hid­lər - Ai­də Əli­ye­va və Ka­mil Əli­ye­vi də qət­lin iştirak­çı­la­rı ol­maq­da gü­nah­lan­dı­rıb: "Bi­rin­ci oğ­lu­mun hə­rə­kət­lə­rin­dən mə­nə xə­bər ve­rər­di­lər. Da­ha onu ni­yə öl­dü­rür­dü­lər. Di­gər tə­rəf­dən də bu şəxslə­rin hə­rə­kət­lə­rin­də ci­na­yət tər­ki­bi var. Təq­sir­lən­di­ri­lən şəx­si öy­rə­dib oğ­lu­mu öl­dürtmə­yə bun­lar va­dar edib. Ona gö­rə də bu şəxslər də mə­su­liy­yə­tə cəlb edil­mə­li­dir­lər".

Bu yerdə həmişəki kimi müəllifdən son söz əvəzi ola bilərdi. Lakin son sözü məhkəmə deyəcəyi üçün bu dəfə biz sükutumuzu qoruyuruq. Məh­kə­mə pro­se­si da­vam edir...

İnarə Rafiqqızı

O.M.