
Azərbaycanda 08 dekabrın kriminal xronikası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər yaralanmışdır.
10 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.
Qazax rayon sakini R.Nəsibova bıçaqla xəsarət yetirmiş həmyerlisi B.Məhərrəmov tutulmuşdur
08.12.2011
Dekabrın 8-də Qazax rayonunun Alpoud kəndi ərazisində, kənd sakini Babək Məhərrəmov münaqişə zəminində qonşusu Ramal Nəsibova bıçaqla xəsarət yetirmişdir. O, Qazax RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.
Gəncə şəhər sakini A.Məmmədova bıçaqla xəsarət yetirmiş S.Məmmədov tutulmuşdur
08.12.2011
Dekabrın 8-də Gəncə şəhəri N.Nərimanov küçəsindəki çayxanadan, şəhər sakini Azər Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini Samir Məmmədov tutulmuşdur.
Sabunçu rayon sakini A.Hənifəyevə biçaqla xəsarət yetirmiş Zabrat qəsəbə sakini R.Qurbanov tutulmuşdur
08.12.2011
Dekabrın 8-də Sabunçu rayonu ərazisində yaşayan Arif Hənifəyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 1-ci Zabrat qəsəbə sakini Rəşid Qurbanov tutulmuşdur.
Nəsimi rayonu ərazisində quldurluq yolu ilə Bakı şəhər sakini F.Sadıqova məxsus avtomaşını qaçırmış Bakı şəhər sakini Qərib Məmmədov tutulmuşdur
08.12.2011
Dekabrın 8-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Füzuli Sadıqovun idarə etdiyi "Mercedes" markalı avtomaşından düşdüyünü görmüş naməlum şəxs həmin avtomaşında sərnişin qismində olan şəhər sakini İbrahim Quliyevə yaxınlaşıb bıçaqla onu hədələyərək düşürmüş və avtomaşını qaçırmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Qərib Məmmədov Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılmış və avtomaşın sahibinə qaytarılmışdır.
Gəncə şəhərində yaşayan A.Novruzovun evində yanğın baş vermişdir
08.12.2011
Dekabrın 8-də saat 02.00 radələrində Gəncə şəhərində yaşayan, ruhi xəstə Arzu Novruzovun evində yanğın baş vermişdir. Nəticədə evin döşəməsi yanmış, A.Novruzov isə tüstüdən boğulmuşdur.
Bakı şəhər sakini Ə.Mərdiyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış A.Məmmədov tutulmuşdur
08.12.2011
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də Əşrəf Mərdiyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış şəhər sakini Amil Məmmədov tutulmuşdur.
Dekabrın 7-də Ə.Mirzəyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Q.Quliyev tutulmuşdur
08.12.2011
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də Ərşad Mirzəyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Qurbani Quliyev tutulmuşdur.
Sərnişin avtobusunda Bakı şəhər sakini T.Mehdiyevin pulunu oğurlamış R.Qasımov tutulmuşdur
08.12.2011
Dekabrın 8-də 44 №-li xətt avtobusunda Bakı şəhər sakini Tofiq Mehdiyevə məxsus 110 manat pulu oğurlamış şəhər sakini Ruslan Qasımov Xətai RPİ əməkdaşları tərəfindən tutulmuşdur.
Sentyabrın 18-də B.Məmmədovun və C.Abdullayevin pullarını oğurlamış Ağdaş rayon sakini R.İbrahimov tutulmuşdur
08.12.2011
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Bəxtiyar Məmmədovun 830 manat, Cümşüd Abdullayevin isə 300 manat pullarını oğurlamış Ağdaş rayon sakini Rahim İbrahimov tutulmuşdur.
Bir qrup Sumqayıt şəhər sakini dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir
08.12.2011
Dekabrın 8-də Sumqayıt şəhər sakini Azad Mahmudov, Azər Şirinov, Ruslan Cabbarov və Emin İbrahimov öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
Gədəbəy rayon sakini H.Məmmədəliyev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür
08.12.2011
Dekabrın 8-də Gədəbəy rayonunun Zəhmət kəndində, kənd sakini Hikmət Məmmədəliyev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Həyat insana verilən təmənnasız hədiyyədir. Onu qorumayan hədiyyə sahibinə qarşı çıxmış olur...
Sərvər Aslanov
O.M.