Balakəndə yanan evin sakininə qonşular kömək etdilər

Balakəndə yanan evin sakininə qonşular kömək etdilər

9 Dekabr 2011 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Yanğından Mühafizə Hissəsindən (YMH) verilən məlumata görə, rayonun Qaravəli kəndində Mahmudova Gülxanım Mahmud qızına məxsus, ümumu sahəsi 80 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evdə yanğın hadisəsi qeydə alınıb. Ev sahibinin və qonşuların səyi nəticəsində evdəki əsas əşyaların bir qismi xilas edilsə də, yanğın nəticəsində evin yanar konstruksiyaları və bir çox əşyaları yanaraq yararsız hala düşüb. Hadisə yerinə gələn Balakən YMH-nin texnikası və canlı qüvvəsinin səyi nəticəsində yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Ev sahiblərindən xəsarət alan olmayıb. Faktla bağlı Balakən YMH-də araşdırma aparılır.

O.M.