Ukraynada deputatın çənəsini sındırıblar
Ukrayna Ali Radasının üzvü Mustafa Nayyem hücuma məruz qalıb.
Bu barədə Nayyem "Facebook" səhifəsində məlumat qeyd edib.
Məlumata görə, naməlum şəxslər Kiyevin mərkəzində deputatı vəhşicəsinə döyüblər.
Ali Rada üzvü bildirib ki, avtomobili ilə hərəkət edərkən "Gelandewagen" markalı avtomobil onun yolunu kəsib və bundan sonra tərəflər arasında mübahisə yaranıb. Hücum edən gənclər Nayyemin çənəsini sındırıblar. Dərhal polis əməkdaşları ilə əlaqə saxlayan deputat baş verənlərin onun millət vəkili səlahiyyətləri və siyasi fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını qeyd edib.Azadinform
Digər xəbərlər