Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstə zərərsizləşdirildi

Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstə zərərsizləşdirildi

7 Dekabr 2011 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

8 Azərbaycan vətəndaşı banda yaradaraq Rusiyada avtomobilləri qarət edirdilər. Onlar təkcə Moskva vilayətində uzaq məsafələrə hərəkət edən 11 ağır tonnajlı maşını qarət etməklə ümumilikdə 30 mln. rublu mənimsəyiblər.

LifeNews.ru saytının məlumatına görə, cinayətkar dəstə may ayından fəaliyyətə başlayıb. Onlar çox asanlıqla qurbanlarını qarət edirdilər. Xarici maşınlarla hərəkətdə olan yük maşınının yanına keçib, təkərin buraxmasını işarə edirdilər. Sürücü təbii ki, maşını saxlayırdı. Daha sonra dəmir dəyənəklərin müşayiəti ilə qarət olunurdu. Yük tam boşaldıqdan sonra sürücü sərbəst buraxılırdı.

Cinayətkar dəstənin üzvləri bu gün səhər saatlarında Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə istintaq İdarəsinin əməkdaşları tərəfindən tutulublar. Faktla bağlı cinayət işi açılıb.

O.M.