Milli Ordunun hərbçisi silahla ehtiyatsız hərəkətdən dünyasını dəyişdi

Milli Ordunun hərbçisi silahla ehtiyatsız hərəkətdən dünyasını dəyişdi

7 Dekabr 2011 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müddətdən artıq hərbi xidmət keçən Cəfərov Anar Qəzənfər oğlu əlində silah partlaması nəticəsində ağır yaralanıb. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına yerləşdirilən hərbi qulluqçu ötən gecə orada vəfat edib.

Əsgərin Tərtər rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırıldığı bildirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Məlumata görə, dünən nazirliyin "N" saylı hərbi hissəsində hərbi qulluqçu Cəfərov Anar Qəzənfər oğlu güllənin lülədə partlaması nəticəsində ağır yaralanıb. Əsgər Bakıdakı hospitala çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

O.M.