
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verdi
Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, bu gün Abşeron rayonunda Bakı-Sumqayıt yolunda "QAZ" markalı minik avtomobili və "Daewoo" markalı sərnişin avtobusu toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmiş, "QAZ" markalı minik avtomobilinin sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqları vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:18-də başa çatmışdır.
O.M.
Digər xəbərlər