
Rusiyada vərəm sanatoriyasında 2 uşaq zorlandı
Moskva vilayətinin Odintsovo şəhərində yerləşən uşaq vərəm sanatoriyasında 3 və 4 yaşlarında olan iki azyaşlı uşaq zorlandı. Rusiya mətbuatının məlumatına görə, uşaqların anası bu barədə noyabr ayının sonunda prokurorluğa yazılı şikayət etsə də, o zaman faktla başlı cinayət işi açılmamışdı. R.F. İstintaq Komitəsinin Moskva vilayəti üzrə Şəhər İstintaq İdarəsinin mətbuat katibi İrina Qumennaya mətbuata açıqlamasında bildirib ki, Odintsovo şəhər prokurorunun müavini cinayət işinin açılmasına etiraz etsə də, müstəntiqlərin təkidli tələbi ilə işə yenidən baxıb. Artıq baş həkim və tibbi personalın yazılı izahatı alınıb. Uşaqların anası isə bildirib ki, ilk əvvəl böyük oğlunun xəstə olduğunu hiss etdikdə, onu sorğu-suala tutub. O da hadisəni olduğu kimi anasına danışıb. Məlum olub ki, kişi həkimlərindən bir neçəsi iynə vurmaq adı ilə 4 yaşlı oğlanı soyunduraraq onunla arxadan cinsi əlaqədə olublar. Təşvişə düşən ana o biri uşağını geri götürmək üçün dərhal sanatoriyaya yollanıb. 3 yaşlı oğlan anasına məlumat verib ki, həkimlər onun xəstəliyinin ağırlaşdığını deyib, üstünə qışqırıblar. Sonra corabını cıraraq, intim orqanına iynə vurublar. Uşaqlar nə baş verdiyini anlamasalar da, "iynənin" ağrılı olduğunu xüsusi vurğulayıblar.
Hal-hazırda faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub.
Uşağa, üstəlik xəstə uşağa təcavüz etmək xəstə təxəyyülün məhsuludur...
Sərvər Aslanov
O.M.