
Yaşayış binasında partlayıcı qurğu olması barədə FHN-ə yanlış məlumat daxil oldu
Bakının Suraxanı rayonunda yaşayış binasında partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Nazirliyin saytı məlumat verir ki, FHN-in müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin edib və aidiyyəti qurumların mütəxəssisləri ilə birgə axtarış aparıblar. Axtarış nəticəsində şübhəli əşya aşkar edilməyib.
O.M.
Digər xəbərlər