Xüsusi qəddarlıqla qətlə yetirilən Sumqayıt sakininin meyiti Siyəzəndə tapıldı

Xüsusi qəddarlıqla qətlə yetirilən Sumqayıt sakininin meyiti Siyəzəndə tapıldı

6 Dekabr 2011 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Siyəzən Rayon Polis Şöbəsinin məlumatına görə, rayon ərazisində kişi meyiti aşkar edilib. Rayonun Çarxana kəndi ərazisinə atılan meyitin Sumqayıt şəhər sakini 20 yaşlı Vəliyev Elvin Vəli oğlu olduğu müəyyən edilib. Cəsəd tapılarkən üzərində 30-dan çox bıçaq yarası aşkarlanıb. Aparılmış məhkəmə tibbi-ekspertizası zamanı mərhumun xüsusi qəddarlıqla qətlə yetirildiyi təsdiq edib. Məlumata görə, Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Elvin Vəliyev Sumqayıt şəhər Polis İdarəsi tərəfindən itkin kimi axtarışda olub. O, özünə məxsus "VAZ-2107" markalı maşını ilə itkin düşüb. Faktla bağlı araşdırma aparılır.

O.M.