Əsgər yoldaşlarına zor tətbiq edən hərbi qulluqçu azadlıqdan məhrum edildi

Əsgər yoldaşlarına zor tətbiq edən hərbi qulluqçu azadlıqdan məhrum edildi

6 Dekabr 2011 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Tərtər Hərbi Məhkəməsində Azərbaycan Ordusunun bir çox cinayətlərdə təqsirləndirilən hərbi qulluqçusu Emil Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, E. Kərimov əsgər yoldaşlarını döyərək təhqir edib, komandirlərin əmrlərinə tabe olmayıb və qolunu ülgüclə yaralayaraq hərbi xidmətdən boyun qaçırmağa çalışıb.

E. Kərimov Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa xəsarət yetirməklə hədələmə), 328-ci (əmri icra etməmə), 329-cu (rəisə müqavimət göstərmə), 331-ci (hərbi qulluqçunu döymə, təhqir etmə) və 335-ci (öz sağlamlığına xəsarət yetirməklə hərbi xidmətdən boyun qaçırma) maddələrinə əsasən ittiham olunub.

O.M.