
Bakıda yeraltı qaz anbarında partlayış oldu
20 saylı Təcilli Tibbi Yardım Stansiyasından məlumat verilir ki, Ələt qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus "Qalmaz" qaz anbarında partlayış qeydə alınıb. Baş vermiş partlayış nəticəsində iki nəfər - 34 yaşlı Ramil Şəmsəddinov və 22 yaşlı Sənan Səfərli müxtəlif xəsarətlərlə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıblar.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev açıqlamasında həmin anbarda partlayış baş vermədiyini bildirib. Onun sözlərinə görə, adıçəkilən şəxslər borunu təmizləyərkən borunun içərisində yığılıb qalan qaz tullantıları təzyiq yaradıb. Nəticədə iki nəfər yüngül xəsarət alıb. Yaralılara xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
O.M.
Digər xəbərlər