
Azərbaycanda 04 dekabrın kriminal xronikası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayət faktı qeydə alınmış, onların da 9-u "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.
7 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.
Сəlilabad rayon sakini İxtiyar Heydərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Ağsu rayon sakini Ramazan Rəhimov tutulmuşdur
04.12.2011
Dekabrın 4-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində kirayədə yaşayan Сəlilabad rayon sakini İxtiyar Heydərov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Ağsu rayon sakini Ramazan Rəhimov tutulmuşdur.
Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
04.12.2011
Dekabrın 4-də saat 01.00 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Nurəli Əlizadə vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərvanə Paşayeva tutulmuşdur
04.12.2011
Dekabrın 3-də Nərimanov rayonu ərazisində yaşayan Xəyal Verdizadənin mənzilinə açar seçmək yolu ilə girmiş naməlum şəxslər oradakı seyfin qapısını açaraq 63000 manat və 37000 dollar pul oğurlamışlar. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş şəxslərdən biri Bakı şəhər sakini Pərvanə Paşayeva tutulmuşdur.
Yanaсaqdoldurma məntəqəsinin operator otağından pul oğurlamış Kəlbəсər rayon sakini Ramil Qədimov tutulmuşdur
04.12.2011
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Tural Məmmədbəyliyə məxsus "Flaminqo" yanaсaqdoldurma məntəqəsinin operator otağından 800 manat pul oğurlamış Kəlbəсər rayon sakini Ramil Qədimov tutulmuşdur.
Sumqayıt şəhərinin Tağıyev qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir
04.12.2011
Dekabrın 4-də saat 19.50 radələrində Sumqayıt şəhərinin Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Əli Haсıyevin idarə etdiyi "BMW" markalı avtomaşınla Bakı şəhər sakini Müslüm Füzuli oğlunun idarə etdiyi "Merсedes" markalı yük avtomaşını toqquşmuşdur. Nətiсədə, avtomaşınlarda yanğın baş vermiş Ə.Haсıyev və 5 sərnişini habelə Füzuli Müslüm oğlu və sərnişinlərindən biri ölmüş, digər sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Biləсəri qəsəbəsi ərazisində yaşayan 3 yaşlı Filiz Kərimovanın üstünə darvaza düşmüşdür
04.12.2011
Dekabrın 4-də Binəqədi rayonunun Biləсəri qəsəbəsi ərazisində yaşayan 3 yaşlı Filiz Kərimovanın üstünə darvaza düşmüşdür. Uşaq xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər
04.12.2011
Dekabrın 4-də Sumqayıt şəhər sakinləri Amalya Səfərova, Məhəbbət Şıxıyeva, Xanım Heydərova, Qəmər Sadıqova, Ülvi Abdullayev, Sevda Əhmədova, Abşeron rayon sakinləri Zərifə Şirinova və Könül Xankişiyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
Cinayət ehtiyatsız adamların qonağı olur...
Sərvər Aslanov
O.M.