
VİDEO-Rusiyada insanlıq faciəsi yaşandı
Rusiyada qeyri-adi cinayət hadisəsi baş verib. Crims.ru saytının məlumatına görə, Kursk vilayətinin "Красная поляна" quşçuluq fabrikində insanlıq faciəsi yaşanıb. 57 yaşlı fabrik müdiri Vladimir Butkeyev heyvanlara qarşı xüsusi qəddarlıqda ittiham olunur. Rusiya Federasiyası Baş Prokurorluğu bildirir ki, Butkeyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə təqsirli bilinir. Belə ki, bu ilin noyabr ayından etibarən "Красная поляна" quşçuluq fabriki zərərlə işləməyə başlayıb. İşçilərin əməkhaqqını ödəməkdə çətinlik çəkən fabrik müdiri ictimai diqqəti üzərinə çəkmək üçün qeyri-adi üsula əl atıb. O, bilə-bilə inkubatorda yumurtaları yetişdirərək cücələrin həyata gəlməsini gözləyib. Daha sonra onların şaxtada dondurularaq öldürülməsinə hökm verib. İşçilər göz yaşları içində cücələri çəlləklərə dolduraraq şaxtaya qurban veriblər. Maraqlıdır ki, fabrik müdiri öz əməllərinə bəraət qazandırmaq məqsədilə Rusiya prezidentinə və baş nazirə açıq müraciət edib.
2010-cu ilin dekabr ayında məhkəmənin qərarı ilə Vladimir Butkeyev bir il müddətinə işdən azad edilib. Qəribədir ki, onun barəsində hökm işçilərin əməkhaqqılarını ödəmədiyi üçün çıxarılıb.
Dünyada ən yırtıcı canlı insandır...
Murad Şahməmmədov
O.M.