Şamaxıda ana ilə azyaşlı qızı yandılar

Şamaxıda ana ilə azyaşlı qızı yandılar

5 Dekabr 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Şamaxı rayonunun Saqyan kəndində kənd sakini 1987-ci il təvəllüdlü Əliyeva Nuranə Bəhmən qızı 2010-cu il təvəllüdlü qızı - Əliyeva Ayan Daşqın qızını hamamda yuyundurarkən kustar üsulla düzəldilən su qızdırıcısını açıb və qaynar su onların üstünə tökülüb. Ağır yanıq xəsarətləri alan ana və qızı Bakıdakı Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

O.M.