Dəm qazından daha iki nəfər boğuldu
Bakıda iki nəfər dəm qazından boğulub. Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi ev 80 mənzil 3 ünvanında yaşayan 78 yaşlı Firudin Kazımov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Nizami rayonu Şərifli küçəsi ev 80 mənzil 26 ünvanında yaşayan 31 yaşlı Yevtuşenko Viktoriya yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər