
Bakı-Quba yolunda dəhşətli avtomobil qəzası baş verdi
Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, dekabrın 4-də saat 21.00 radələrində Bakı-Quba yolunun 37-ci kilometrliyində, magistral yolun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. "BMW" markalı 10 NT 820 dövlət nömrə nişanlı minik avtomobili "Mercedes" markalı 90 LT 366 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə 8 nəfər yanaraq ölüb.
Hazırda həmin şəxslərin adları dəqiqləşdirilir.
O.M.
Digər xəbərlər