
Azərbaycanda 02 dekabrın kriminal xronikası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.
10 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.
Bakı şəhər sakini Ramin Əsgərov ov tüfəngindən atəş açaraq Şirvan şəhər sakini Aytən Şahlarovanı qətlə yetirmişdir
02.12.2011
Dekabrın 2-də Bakının Nizami rayonu ərazisində yaşayan şəhər sakini Ramin Əsgərov şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açaraq Şirvan şəhər sakini Aytən Şahlarovanı qətlə yetirmiş, sonra isə özünə də xəsarət yetirmişdir. R.Əsgərov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı ov tüfəngi götürülmüşdür.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
02.12.2011
Dekabrın 2-də saat 15.30 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Tamara Xudiyeva vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Yasamal rayonu ərazisində Rövşən Qəniyevə məxsus avtomaşında yanğın baş vermişdir
02.12.2011
Dekabrın 2-də saat 19.30 radələrində Yasamal rayonu ərazisində şəhər sakini Rövşən Qəniyevə məxsus "Opel Vita" markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmışdır.
Qabil Həsənova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Rasim Hüseynov tutulmuşdur
02.12.2011
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Qabil Həsənova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Rasim Hüseynov tutulmuşdur.
Avtomaşın qaçırdığına görə tutulmuş şəxslərin digər cinayət əməlləri də müəyyən edilmişdir
02.12.2011
Avtomaşın qaçırdığına görə dekabrın 1-də Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulmuş İbrahim Səttərovun Bakı şəhər sakinləri Ümid Kərimov, Elşən Rəhimov və Aydın Quliyev ilə birgə Əhməd Həsənova məxsus "Toyota Prado" markalı avtomaşını qaçırmaları, Vaqif Hacıyevə, Məmməd Əliyevə məxsus avtomaşınlardan oğurluq etmələri, Fəqan Nəsirova məxsus avtomaşından isə oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir. Ü.Kərimov, E.Rəhimov və A.Quliyev tutulmuş, onların cari il noyabr ayının 28-nə keçən gecə Bakı şəhər sakini Kamran Əhmədova məxsus "Hyundai Santa Fe" markalı avtomaşından oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Paşa Əhmədov və Elvin Səfərov tutulmuşlar
02.12.2011
Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də "NEKS" şirkətinə məxsus konteynerdən 8 ədəd dalğıc geyimi, 1 ədəd su nasosu, 1 ədəd laqunda və çilingər açarlarını oğurlamış Bakı şəhər sakinləri Paşa Əhmədov və Elvin Səfərov tutulmuşlar.
"AZEL Elektroniks" şirkətinin sürücüsü Sabir Sadıxov tərəfindən 218056 manat pulun oğurlanması barədə yalan məlumat verməsi müəyyən edilmişdir
02.12.2011
Noyabrın 28-də "AZEL Elektroniks" şirkətinin sürücüsü Sabir Sadıxov tərəfindən idarə edilən "Nissan Maxima" markalı avtomaşından şirkətə məxsus 218056 manat pulun oğurlanması barədə verilmiş məlumatla əlaqədar Nərimanov RPİ 16-cı PB-də aparılan araşdırmalar zamanı pulun S.Sadıxov tərəfindən götürülməsi və onun polisə yalan məlumat verməsi müəyyən edilmişdir.
Avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Anar Hacıyev və Qalib Kərimov tutulmuşlar
02.12.2011
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Gülməmmədova və Rafayıl Fərzəliyevə məxsus avtomaşınlardan oğurluq etmiş şəhər sakinləri Anar Hacıyev və Qalib Kərimov tutulmuşlar.
Qızıl əşyaları oğurlamış Lənkəran şəhər sakini İbrahim Miriyev tutulmuşdur
02.12.2011
Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də Zöhrə Cəfərovanın evindən qızıl əşyaları oğurlamış Lənkəran şəhər sakini - kürəkəni İbrahim Miriyev tutulmuşdur.
Mağazadan 13 ədəd mobil telefon oğurlamış Tovuz rayon Kürən kənd sakini Ruslan Məmmədrzayev tutulmuşdur
02.12.2011
Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Yusif Yusifova məxsus mağazadan 13 ədəd mobil telefon oğurlamış Kürən kənd sakini Ruslan Məmmədrzayev tutulmuşdur.
Gəncə şəhər sakini Kifayət Həmzəyeva qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır
02.12.2011
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il sentyabr ayında Gəncə şəhər sakini Kifayət Həmzəyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır.
Oğurluq etmiş Ağdam rayon Əfətli kənd sakini Orxan Əbdürrəhimov tutulmuşdur
02.12.2011
Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Mobil Nəsirovun evindən oğurluq etmiş Əfətli kənd sakini Orxan Əbdürrəhimov tutulmuşdur.
Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
02.12.2011
Dekabrın 2-də saat 08.30 radələrində Binəqədi qəsəbəsi ərazisində, Ziyad Quluzadə "Mercedes" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Sabirabad rayon sakini Vətən Xankişiyev 17-ci mərtəbədən yıxılmış və aldığı xəsarətdən ölmüşdür
02.12.2011
Dekabrın 2-də Yasamal rayonu ərazisində "Şərur" MTK tərəfindən inşa edilən binanın 17-ci mərtəbəsindən orada fəhlə işləyən Sabirabad rayon sakini Vətən Xankişiyev yıxılmış və aldığı xəsarətdən ölmüşdür.
Nizami rayonu ərazisində yaşayan Viktoriya Yevtuşenko dəm qazından zəhərlənmişdir
02.12.2011
Dekabrın 2-də Bakının Nizami rayonu ərazisində yaşayan Viktoriya Yevtuşenko dəm qazından zəhərlənərək ölmüşdür.
Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər
02.12.2011
Dekabrın 2-də
Şirvan şəhər sakinləri Rza Bağırov, arvadı Həqiqət və qızı Cəmilə evlərindən
dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyətləri qənaətbəxşdir.
Dekabrın 2-də Sumqayıt şəhər sakini Sənan Abdullayev, Pərvin Dadaşova, Sevinc
Ağayeva və Xırdalan şəhər sakini Elnarə Aslanova öz evlərindən dəm
qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.
Yazılmış qanunların bitdiyi yerdə yazılmamış qanunlar hökmə minir...
Sərvər Aslanov
O.M.