
Bakıda fəhlə 22-ci mərtəbədən yıxılaraq öldü
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən məlumat verilir ki, bu gün səhər saatlarında rayonun Talıblı küçəsi 4 ünvanında 22 mərtəbəli binanın damında təmir işləri aparan 21 yaşlı Vətən Vəliməmməd oğlu Xankişiyev binadan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər