
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verdi
Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Qala yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı şəhər sakini 52 yaşlı Telman Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən "KaMAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "VAZ-2106"-nın sürücü aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Həmin maşında olan daha iki nəfər - T. Əliyevin həyat yoldaşı Zərifə Novruzova və qızı Günel Əliyeva müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər