Şirvanda narkotik alverçiləri tutuldu

Şirvanda narkotik alverçiləri tutuldu

2 Dekabr 2011 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvan polis şöbəsi məlumat verir ki, Şirvan şəhəri Xəqani küçəsi ev 2 mənzil 31-də yaşayan 1974-cü il təvəllüdlü Əkbərov Teymur Fikrət oğlu satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə və saxlama ittihamı ilə cinayətə cəlb edilərək həbs edilib. Belə ki, narkotik vasitə olan 10,1 qram çəkidə heroin və 41,339 qram çəkidə narkotik vasitə olan tiryək yaşadığı mənzilə baxış keçirilən zaman aşkar edilərək götürülüb.

Şirvan şəhəri Əli Bayramov küçəsi ev 3 mənzil 3 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Qurbanov Əmirhüseyn Məcid oğlu məlum olmayan mənbədən 2,409 qram çəkidə narkotik vasitə olan heroin əldə edib və yaşadığı evdə hissələrə bölərək qanunsuz olaraq saxlayıb. Narkotik vasitəni Əmrəliyev Mətləbə və Məstəliyev Şövqiyə müvafiq olaraq 24 və 25 manata satıb. Onun yaşadığı ünvana baxış keçirilərkən əlavə olaraq satış məqsədi ilə saxladığı 2,113 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

O.M.