
Marneuli sakinini döyən naməlum şəxs onun qulağını kəsdi
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qızılhacılı kənd sakini Nurəddin Əliyev döyülüb. APA-nın məlumatına görə, kənd icra nümayəndəliyinin katibi İbrahim Qələndərov bildirib ki, hadisə dünən gecə saatlarında baş verib. Naməlum şəxs toydan evə sərxoş halda qayıdan Nurəddin Əliyevi döyüb və qulağını kəsib. Zərərçəkən Marneuli rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törədən şəxsin saxlanması üçün axtarışlar aparılır.
O.M.
Digər xəbərlər