Şəmkirdə ata ilə oğul bıçaqlandı

Şəmkirdə ata ilə oğul bıçaqlandı

1 Dekabr 2011 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gün gecə saatlarında qeydə alınıb. Toy məclisindən sərxoş halda çıxmış Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Elçin Əliyev aralarında düşən mübahisə zəmində qohumu 1986-cı il təvəllüdlü Anar Məmmədovu və onun atası 1959-cu il təvəllüdlü Natiq Məmmədovu bıçaqlayıb. Hadisədən dərhal sonra yaralılar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 21 yaşlı Elçin Əliyev tutularaq istintaqa cəlb edilib. Saxlanılan Elçin Əliyev ifadəsində əməllərini etiraf edərək, hadisə zamanı sərxoş olduğunu bildirib. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

O.M.