Azərbaycanda 30 noyabrın kriminal xronikası

Azərbaycanda 30 noyabrın kriminal xronikası

1 Dekabr 2011 12:12
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 36 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 36 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

Bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş Şabran rayon sakini Mərhəmət Məcidov orada ölmüşdür

30.11.2011

Noyabrın 30-da Səbail rayonu ərazisində Şabran rayon sakini Mərhəmət Məcidov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

Qusar rayonunun Çubuqlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi

30.11.2011

Noyabrın 30-da saat 18.00 radələrində Qusar rayonunun Çubuqlu kəndi ərazisində rayon sakini Minyaz Yəhyayev "Mercedes-190" markalı avtomaşını idarə edərkən kənd sakini Qabil Mollayevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Xətai rayonu ərazisində yaşayan Cənnət Hacıyevə məxsus evdə təbii qazın sızmasından yanğın baş vermişdir

30.11.2011

Noyabrın 30-da saat 07.30 radələrində Xətai rayonu ərazisində yaşayan Cənnət Hacıyevə məxsus evdə təbii qazın sızmasından yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları yanmış, ev sahibinin arvadı Sona və oğlu İsmayıl isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Avtomaşın qaçırmış Bakı şəhər sakini Arif Babayev tutulmuşdur

30.11.2011

Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Kənan Novruzova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Arif Babayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun bu il mayın 25-də Abşeron rayon sakini Xəyyam Bəbişovun 1 baş inəyini də oğurlaması müəyyən edilmişdir.

Mağazadan 350 manat pul oğurlamış Xaçmaz rayon sakini İlham Abdullayev tutulmuşdur

30.11.2011

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il dekabrın 21-də Sevdimalı Məmmədova məxsus mağazadan 350 manat pul oğurlamış Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş İlham Abdullayev tutulmuşdur.

Mağazadan oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakinləri Səfər Əkbərov və Ramal Hacıyev tutulmuşlar

30.11.2011

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da Xudaverdi Səfərova məxsus mağazadan 70 manat pul, geyim əşyaları və ərzaq məhsulları oğurlamış rayon sakinləri, əvvəllər məhkum olunmuş Səfər Əkbərov və Ramal Hacıyev tutulmuşlar.

Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.11.2011

Noyabrın 30-da saat 23.00 radələrində Ağstafa rayonu ərazisində, rayon sakini Xaliq Aslanovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınla Türkiyə vətəndaşı Yakup Yazıçının idarə etdiyi "Mercedes-Benz" markalı yük avtomaşını toqquşmuşdur. Nəticədə "Juqili"nin sürücüsü və sərnişinləri - 7 yaşlı oğlu Emin, 11 yaşlı qızı Mətanət, 82 yaşlı anası Güllüzar, qohumları Elza Aslanova, 2 yaşlı Teymur Aslanov hadisə yerində ölmüşlər. Xəsarət almış digər sərnişinləri - Xatirə və Aynurə Aslanovalar isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.

Bakı şəhər sakini Qamət Hüseynov ehtiyatsızlığı nəticəsində metro stansiyasında platformadan relslərin üstünə yıxılmışdır

30.11.2011

Noyabrın 29-da metronun "Neftçilər" stansiyasında Bakı şəhər sakini Qamət Hüseynov ehtiyatsızlığı nəticəsində platformadan relslərin üstünə yıxılmışdır. Xəsarət almış Q.Hüseynova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

30.11.2011

Noyabrın 30-da Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsindəki 11 nömrəli binanın 29-cu mənzilində yaşayanlar Yaqut Əhmədova, Şəlalə Əhmədli və onun 4 uşağı dəm qazından zəhərlənmə ilə mənzillərindən xəstəxanaya gətirilmişlər.
Noyabrın 30-da Sumqayıt şəhər sakinləri Möhübbət Adıgözəlov, Sevinc Qarayeva, Gülnar Coşqun qızı və Tahir Babayev öz mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

İnsanın bəlası fəlakət deyil, ehtiyatsızlıqdır...

Sərvər Aslanov

O.M.