Piyadanı vuran karate üzrə dünya çempionu hadisə yerindən qaçdı

Piyadanı vuran karate üzrə dünya çempionu hadisə yerindən qaçdı

26 Noyabr 2011 20:19
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni idmançının ermənisayağı qorxaqlığı

Dünən yerli vaxtla 20:00 radələrində Moskvanın Universitet prospektində yol-nəqliyyat hadisəsi baş verdi. Lifenews.ru saytının məlumatına görə, karate üzrə dünya çempionu 20 yaşlı Vadim Tonoyan idarə etdiyi AudiTT markalı maşınla 20 yaşlı piyada Mariya Qordeyevanı vuraraq hadisə yerindən uzaqlaşıb. Xəstə açıq kəllə-beyin travması ilə yaxınlıqdakı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda vəziyyəti stabil ağır olaraq qalır. Sürücü isə cəmi bir neçə saatdan sonra yaşadığı mənzildə yaxalanıb. Bu zaman hadisəni törətmiş maşının nömrələri üzərində aşkar edilməyib. 26 noyabr günü Vadim Tonoyanın ilk dindirilməsi keçirilib.

Xatırladaq ki, Tonoyan 2010-cu ildə karate-do idmanının şotokan döyüş versiyası üzrə dünya çempionu adına layiq görülüb. O, həmçinin Avropa çempionu və yeniyetmələr arasında Rusiya çempionudur.

Bütün bunlara baxmayaraq, Vadim Tonoyan ermənidir. Elə ona görə də qanunlara məhəl qoymadan maşını yüksək sürətlə sürüb, hadisəni törətdikdən sonra isə qorxub qaçıb...

Hafiz Əhmədov

O.M.