Ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlının şikayəti təmin edilməyib
Rusiya Ali Məhkəməsi qətldə və hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsddə günahkar bilinən azərbaycanlı barəsində Orsk vilayət məhkəməsinin çıxardığı ömürlük azadlıq məhrumetmə hökmünü qüvvədə saxlayıb.
APA-nın Rusiya bürosunun yerli KİV-ə istinadən verdiyi məlumata görə, 33 yaşlı Rauf Qardaşov barəsində çıxarılan ömürlük azadlıqdan məhrumetmə hökmü qüvvəyə minib.
Xatırladaq ki, 2016-cı ilin noyabrında R. Qardaşov birlikdə yaşadığı qadını və onun 4 yaşlı qızını bıçaqla qətlə yetirib. Azərbaycan vətəndaşı olan R. Qardaşov hadisədən bir gün sonra polis tərəfindən yaxalanarkən müqavimət göstərib, polis əməkdaşına bıçaqla zərbə endirməyə cəhd edib. Lakin polislər onu zərərsizləşdirə biliblər.
Digər xəbərlər































































































