Xaçmazda yol-nəqliyyat hadisəsi baş verdi

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verdi

22 Noyabr 2011 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilir ki, Xaçmazdan Yalama istiqamətində hərəkət edən Xaçmaz şəhər sakini, 1969-cu il təvəllüdlü Fərhad Şahmuradovun idarə etdiyi 10 TU 066 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü F. Şahmuradov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

O.M.