
Avtomobillərdən oğurluq edən şəxslər tutuldu
Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilir ki, paytaxtda avtomobillərdən oğurluq edən şəxslər tutulub. Məlumatda bildirilir ki, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Məmməd Məmmədov və Elgün Axundov noyabrın 21-də saxlanılıblar. Müəyyən edilib ki, onlar avqustun 25-nə keçən gecə A.Məhərrəmov küçəsində yaşayan İlham Qəribova məxsus "VAZ-2107" markalı avtomobildən açar seçmə yolu ilə 250 manat pul və maqnitofon, oktyabrın 22-nə keçən gecə A.Mustafayev küçəsində yaşayan Ayaz Vəliyevə məxsus VAZ-2107 markalı avtomobildən ehtiyat təkər, oktyabrın 26-na keçən gecə Cavadxan küçəsində yaşayan Hüseyn Nadirova məxsus "VAZ-2107" markalı avtomobildən maqnitofon, elə həmin gecə Ə.İsgəndərov küçəsində yaşayan Fərrux Süleymanova məxsus "VAZ-2107" markalı avtomobildən ehtiyat təkər, oktyabrın 31-nə keçən gecə Hüseynbala Əliyev küçəsində Cavid Yusifova məxsus "VAZ-2107" markalı avtomobildən maqnitofon, noyabrın 5-də 3-cü mikrorayon A.Mustafayev küçəsində yaşayan Qiyas Kərimova məxsus "VAZ-2107" markalı avtomobildən salon güzgüsü, noyabrın 14-nə keçən gecə isə H.B.Əliyev küçəsində yaşayan Faiq Vəliyevə məxsus "VAZ-2107" markalı avtomobildən maqnitofon oğurlayıblar. Faktla bağlı araşdırma aparılır.
O.M.