Erməninin şikayəti təmin edilmədi
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, erməni əsilli Marat Ueldanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Rusiya vətəndaşı M.Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək prosesdə M.Ueldanova güzəşt edilməyib, onun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.qafqazinfo
Digər xəbərlər































































































