Türkiyəli millət vəkili 5 il 10 ay həbsdə yatacaq

Türkiyəli millət vəkili 5 il 10 ay həbsdə yatacaq

13 Fevral 2018 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbul Bölgə Məhkəməsi Cümhurriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Enis Berberoğlunun 5 il 10 ay azadlıqdan məhrum edilməsi barəsində hökm çıxarıb.

"Report" "Haberler"ə istinadən xəbər verir ki, məhkəmə ictimai təhlükəsizlik səbəbindən qapalı keçirilib.

Enis Berberoğlu "dövlətin təhlükəsizliyi, daxili və xarici siyasətə yararlığı baxımından gizli qalması vacib olan məlumatları açıqlamaqda" təqsirli bilinib.