3 gün əvvəl evlənən cütlük dəm qazından boğularaq öldü

3 gün əvvəl evlənən cütlük dəm qazından boğularaq öldü

16 Noyabr 2011 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi Rayon Polis İdarəsindən bildirilir ki, bu gün rayonun Moskva prospekti 82, mənzil 33 ünvanında ölüm hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 25 yaşlı İbrahim Dəyanət oğlu Şabanov və onun həyat yoldaşı, 18 yaşlı Şəhla İlqar qızı Hacıyeva dəm qazından boğularaq dünyasını dəyişiblər. Onların meyiti valideynləri tərəfindən bu gün günorta saatlarında aşkar edilib. Məlumatda o da bildirilir ki, vəfat edən şəxslər cəmi 3 gün əvvəl ailə həyatı qurublar. Faktla bağlı araşdırma aparılır.

O.M.