İspaniyada məşhur наркобарон həbs edilib

İspaniyada məşhur наркобарон həbs edilib

5 Fevral 2018 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya polisi bazar ertəsi məşhur narkotik maddə alverçisi Xose Ramon Prado Buqalyonu(Sito Minyanko) saxlayıb. Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, narkobaronun həbsi məqsədi ilə keçirilən əməliyyat zamanı baş verən atışmada iki polis əməkdaşı güllə yaraları alıb.
Qeyd edək ki, narkobaron Buqalyo bundan əvvəl 25 il həbs cəzasına məhkum edilmişdi.
Amma 2015-ci ildə onun cəzası yüngülləşdirilmişdi. O şərti cəza alaraq gündüzlər Alxesiras şəhər avtomobil dayanacağında işləyirdi. Araşdırma zamanı onun yenə də narkoticarətlə məşğul olduğu üzə çıxıb.
Xatrladaq ki, bir həftə əvvəl polis tərəfindən İspaniyanın müxtəlif şəhərlərində keçirilən əməliyyat zamanı 3,8 ton kokain ələ keçirilib. Nəticədə Buqalyo yenidən həbs edilib. Bundan əlavə Buqalyonun qızının da narkoticarətdə əli olduğu üzə çıxıb və o da polis tərəfindən saxlanılıb.