Məşhur müğənnini oğurlamaq istədilər

Məşhur müğənnini oğurlamaq istədilər

4 Fevral 2018 17:36
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın Orlando şəhərində (Florida ştatı) polis məşhur müğənni Lana Del Reyin oğurlanması cəhdinin qarşısını alıb.

Report xəbər verir ki, bu barədə yerli polisin Tvitter səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, Maykl Hant adlı şəxs müğənnini konsert zamanı oğurlamağı planlaşdırıb. Həmçinin onun üzərində silah olub. Şübhəli şəxs fevralın 2-də Orlandodakı "Amway" mərkəzi yaxınlığında müğənniyə yaxınlaşmazdan öncə saxlanılıb.