
Lənkəranda 7 adda narkotik vasitə məhv edilib
Bu gün Lənkəran Şəhər Polis Şöbəsində müsadirə olunmuş narkotik vasitələrin məhv edilməsi aksiyası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən narkomaniya əleyhinə əlaqələndirmə komissiyası üzvlərinin, hüquq-mühafizə orqanları və yerli KİV nümayəndələrinin qatıldığı tədbirdə 38 icra sənədi üzrə 7 adda narkotik vasitə yandırılaraq dövriyyədən çıxarılıb.
Dövriyyədə nə qədər narkotikin qalması barədə isə statistik məlumat yoxdur...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər