
Masallıda 7-ci sinif şagirdi özünü asdı
Masallı Rayon Prokurorluğu məlumat verir ki, dünən rayonun Təzəkənd kəndində kənd sakini, 1998-ci il təvəllüdlü Elvin Sərxan oğlu Qasımov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun meyiti hadisədən xeyli sonra ailəsi tərəfindən aşkarlanıb. Elvinin əsəb xəstəsi olduğu bildirilir. Məlumata görə, mərhum 7-ci sinif şagirdi imiş. Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma gedir.
Həyat onu sevənlər üçün gözəldir...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər