Bakı-Şamaxı yolunda 2 avtomobil toqquşdu
Bu gün saat 11:00 radələrində Bakı-Şamaxı avtomobil
yolunun 37,5-ci kilometrliyində, Abşeron
rayonu ərazisində 2 avtomobil toqquşub. Nəticədə, 1 nəfər ölüb, 5 nəfər ağır
yaralanıb. Laçın rayon sakini, 1959-cu il təvəllüdlü Sadıqov Şəmsəddin Rza
oğlunun idarə etdiyi 10-TF-632 dövlət nömrə nişanlı "Mercedes ML" markalı minik
maşını qarşı tərəfdən hərəkət edən Ağsu rayon sakini, 1970-ci il təvəllüdlü
Şirinov Habil Tarix oğluna məxsus 24-BE-032 dövlət nömrə nişanlı "VAZ 2107"
markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü,
eləcə də "Mercedes"in sərnişini, 1961-ci il təvəllüdlü Sadıqova Nigar Eldar
qızı, "VAZ 2107"-nin sərnişinləri, 1985-ci il təvəllüdlü Allahverdiyeva Nübar
Oqtay qızı və 2002-ci il təvəllüdlü Allahverdiyeva Səbinə Loğman qızı müxtəlif
dərəcəli bədən xəsarətləri alıblar, Ağsu sakini 1979-cu il təvəllüdlü
Allahverdiyev Loğman Kamil oğlu dünyasını dəyişib.
Faktla bağlı BDYPİ tərəfindən cinayət işi açılıb,
araşdırma aparılır.
Yollar buz bağlasa da, diqqət donmamalıdır...
Hafiz Əhmədov
O.M.






.jpg)
.jpg)































.jpg)
.jpg)
.jpg)
































.jpg)



















