Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin müdiri prokurorluqda dindirilib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin müdiri prokurorluqda dindirilib

4 Noyabr 2011 13:04
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin müdiri Tasim Ramazanovun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunması ilə bağlı məlumat yayılıb. Rayon prokurorluğunun prokuroru Zahid Vəliyev açıqlamasında bildirir ki, Tasim Ramazanov barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən müəyyən tədbirlər görülüb.

"Dünən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları Qusar rayonunda əməliyyat aparıblar və Tasim Ramazanov barədə müəyyən tədbirlər görülüb", - deyə Z. Vəliyev bildirib.
Rüşvət "maaşa" çevriləndə cinayət işi "mükafat" olur...

Hafiz Əhmədov

O.M.