Metronun "28 may" stansiyasında telefon oğrusu tutulub

Metronun "28 may" stansiyasında telefon oğrusu tutulub

4 Noyabr 2011 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Metropoliteninin "28 May" stansiyasında oğurluq edən şəxs polis tərəfindən tutulub. Sumqayıt şəhər sakini, Xalid Şəmsiyev Neftçala rayon sakini Gülnar Rəsulzadənin cibindən mobil telefonunu oğurladığı üçün Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, Xalid Şəmsiyev əvvəllər də məhkum olunub.

Oğru ilk növbədə öz azadlığını oğurlamış olur...

Hafiz Əhmədov

O.M.