Bakıda 28 yaşlı qadın yaşadığı binanın damından özünü atmaq istəyib

Bakıda 28 yaşlı qadın yaşadığı binanın damından özünü atmaq istəyib

2 Noyabr 2011 19:36
780
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər rayon Polis İdarəsindən bildirilir ki, bu gün saat 18.30 radələrində Binə qəsəbəsində qəsəbə sakini 1983-cü il təvəllüdlü Aynurə Zakir qızı Babayeva yaşadığı beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Təcilli Tibbi Yardım Stansiyasının əməkdaşları və polislər gəlib. A. Babayeva ilə aparılan fərdi söhbətdən sonra onu fikrindən daşındırmaq mümkün olub. İntihara cəhdin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

İntihara cəhd etmək arzuları öldürməkdir...

Hafiz Əhmədov

O.M.