Dünən ölkəmizdə 51 cinayət hadisəsi baş verib

Dünən ölkəmizdə 51 cinayət hadisəsi baş verib

18 Aprel 2011 17:07
Bəyəndim (0) Bəyənmədim (0)


17 aprel 2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 14-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər yaralanmışdır.
  • 4 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 14 nəfər tutulmuşdur.


Gəncə şəhər sakini Ayşən Sadıqova intihar məqsədi ilə özünü Gəncə çayına atmışdır


17 aprel 2011

Aprelin 17-də saat 01.30 radələrində Gəncə şəhər sakini Ayşən Sadıqova intihar məqsədi ilə özünü Gəncə çayına atmışdır. Nəticədə xəsarət almış A.Sadıqova xəstəxanaya yerləşdirilmişdir. Araşdırma aparılır.


Oğurluq etdiklərinə görə tutulmuş Türkiyə vətəndaşları Kenan Əzəl Abidin oğlu, Caner Korkmaz Çengiz oğlu və Çengiz Korkmaz Qahraman oğlunun digər cinayət əməlləri müəyyən edilmişdir


17 aprel 2011

Aprelin 16-da oğurluq etdiklərinə görə tutulmuş Türkiyə vətəndaşları Kenan Əzəl Abidin oğlu, Caner Korkmaz Çengiz oğlu və Çengiz Korkmaz Qahraman oğlunun ətraflarında DİN Baş Cinayət-Axtarış İdarəsi, Göyçay RPŞ və Ucar RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onların, Akif Rəhimovun evindən 10.500 manat, Nizami Mürsəliyevin evindən 1.780 manat, 500 manat dəyərində qızıl əşyaları, 1 ədəd videomaqnitofon və peyk antenasının başlığı, Nurməmməd Verdiyevin evindən 260 manat pul və qızıl əşyalarını, Elnur Qafarovun evindən qızıl əşyalarını, Cəlal Rəhimovun evindən 15.000 manat və 3400 manat dəyərində qızıl əşyalarını, Adəm İbarhimovun evindən qızıl əşyalarını və Əlipaşa Əliyevin evindən 3.000 manat qızıl əşyalarını oğurlamaları da müəyyən edilmişdir.


Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi


17 aprel 2011

Aprelin 16-da saat 20.30 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Mədinə Qasımova vurulmuşdur. Nəticədə xəsarət almış M.Qasımovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi


17 aprel 2011

Aprelin 17-də saat 03.45 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Elşad Ədilov vurulmuşdur. Nəticədə xəsarət almış E.Ədilova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Neftçala rayon Qədimkənd kənd sakini Qələmmirzə Hüseynov sirkə turşusu içərək ölmüşdür


17 aprel 2011

Aprelin 17-də Neftçala rayonunun Qədimkənd kənd sakini Qələmmirzə Hüseynov evində sirkə turşusu içərək ölmüşdür.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.


270 metr uzunluğunda alüminium metal oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini İlqar Qazməmmədov saxlanılmışdır


17 aprel 2011

Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Hüseynağa Məhərrəmovun həyətindəki bağ sahəsindən 270 metr uzunluğunda alüminium metal oğurlamaqda şübhəli bilinən qonşusu İlqar Qazməmmədov saxlanılmışdır



Mağazadan oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini Aslan Ərəbov tutulmuşdur


17 aprel 2011

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da Nemət Şabanova məxsus mağazadan 100 qutu tütün məmulatı və içərisində 8225 ədəd danışıq kartı olan seyfi oğurlamaqda şübhəli bilinən rayon sakini Aslan Ərəbov tutulmuşdur.


"Bərpa 2009" MMC-də fəhlə işləyən Şöhrət Zərbalıyev torpaq layının onun üstünə sürüşməsi nəticəsində ölmüşdür


17 aprel 2011

Aprelin 17-də Hacıqabul rayonunda "Bərpa 2009" MMC-də fəhlə işləyən Şöhrət Zərbalıyev Kolanı-Talış kəndləri arası qaz xətlərinin çəkilişi zamanı qazıntıdan toplanmış torpaq layının onun üstünə sürüşməsi nəticəsində ölmüşdür.


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bildirir ki, dünən gün ərzində 51 cinayət faktı qeydə alınmışdır.

O.M.