
Şabranda şagird müəlliməsini bıçaqlayıb
73 yaşlı müəllimə ağır yaralıdır
Azərbaycanın Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Şabran şəhər sakini, 1995-ci il təvəllüdlü, 10-cu sinif şagirdi Şahverdiyev Elçin Nazim oğlu öz müəlliməsini, Şabran şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi - 8 ünvanında yaşayan 1938-ci il təvəllüdlü Cəbrayılova Şərqiyyə İbrahim qızını boyun nahiyəsindən bıçaqla yaralayıb. Zərərçəkmiş Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Unutmaq olmaz ki, həyat da bir məktəbdir...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər