Qubada yol-nəqliyyat hadisəsi baş verdi

Qubada yol-nəqliyyat hadisəsi baş verdi

31 Oktyabr 2011 11:05
Bəyəndim (0) Bəyənmədim (0)
2 nəfər ağır yaralandı

Quba rayon Polis Şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, Azərbaycanın Quba rayonunda içərisində 4 nəfərin olduğu avtomobil hasara çırpılıb. Hadisə Quba - Nügədi yolunun 5-ci kilometrliyində, rayonunun 1-ci Nügədi kəndi ərazisində baş verib. Qubadan Nügədi kəndi istiqamətində hərəkət edən, 1-ci Nügədi kənd sakini, 1991-ci il təvəllüdlü Xanseyidov Ağasif Narməmməd oğlunun idarə etdiyi 90 HF 986 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq hasara çırpılıb. Nəticədə, avtomobildə olan 4 nəfərdən ikisi, sürücü Ağasif Xanseyidov və onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Nəsrullayev Vüqar Nəsrulla oğlu ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır, qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

Sükan diqqətli insanların əmrinə tabe olur...

Hafiz Əhmədov

O.M.