
Balakən rayonunda qardaş bəylə gəlini yaraladı
Hadisə ehtiyatsızlıqdan baş verdi
Balakən rayon Polis Şöbəsindən bildirilir ki, dünən gecə İtitala kəndində kənd sakini 31 yaşlı Novruz Mustafayev və 18 yaşlı Xəlisət Qurbanovanın toy şənliyində bəyin qardaşı Cəlal Mustafayev ov tüfəngindən havaya atəş açıb. Nəticədə, bəy və gəlin xəsarət alıblar. Onlar Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Faktla bağlı araşdırma aparılır.
Toy kiməsə toy tutmaq üçün deyil...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər